DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib.VOİCEPRESS-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə…

|
Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib

Türkiyə Niderland tərəfindən beynəlxalq hüququn pozulması barədə BMT-yə məlumat verib.

VOİCEPRESS-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Niderlandı Vyana konvensiyasının pozulmasında ittiham edir.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR