DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyədə COVID-19 xəstələri və onlarla ünsiyyətdə olanların təcrid müddəti azaldılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələr və onlarla yaxın ünsiyyətdə olan şəxslərin karantin müddətinin 14 gündən az vaxta…

|
Türkiyədə COVID-19 xəstələri və onlarla ünsiyyətdə olanların təcrid müddəti azaldılıb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələr və onlarla yaxın ünsiyyətdə olan şəxslərin karantin müddətinin 14 gündən az vaxta endirilməsilə bağlı qərar verilib.

VOICEPRESS-in verdiyi xəbərə görə, qərarda bildirilib ki, COVID-19 test nəticələri pozitiv olan, özünütəcrid şəraitində evdə müalicəsi tövsiyə edilən xəstələrin karantin müddəti səhhətlərində hər hansı bir xəstəlik əlaməti olmadığı halda 10 gün müddətinə başa çatır. Bu şəxslərin COVID-19-la mübarizə tədbirləri şərtlərinə düzgün əməl etməklə aktiv sosial həyata qatılmaları məqbuldur.

Bundan başqa, COVID-19 infeksiyasına yoluxan xəstə ilə yaxın ünsiyyətdə olan və simptomları olmayan şəxslər üçün karantin müddəti 8 gün olub. Həmin şəxslər təcridin 5-ci günündə testdən keçməlidirlər. Nəticə neqativ çıxarsa, təcridin 8-ci günündə normal həyata qayıda bilərlər.

Qərarda o da qeyd olunub ki, karantin müddətinin azaldılması Qocalar evlərində, islah əmək müəssisələrində çalışanlara, zəif müqavimətli, xroniki xəstəlikləri və digər riskli xəstəlikləri olanlara şamil olunmur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR