DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

Təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri…

|
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb


Qarabağ iqtisadi rayonundakı "Qızılqaya" və Naxçıvan Muxtar Respublikasındakı "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təliminə "Yüksək Səviyyəli Müşahidəçi Günü" başa çatdıqdan sonra yekun vurulub.

Voicepress xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin başa çatması ilə əlaqədar keçirilən bağlanış mərasimində hərbi orkestrin müşayiəti ilə Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər 3 ölkənin iştirakçı, 9 ölkənin isə müşahidəçi qismində qatıldığı təlimin hərbi qulluqçular arasında təcrübə mübadiləsinin aparılmasına, döyüş hazırlığının yüksəldilməsinə və dostluq əlaqələrinin genişlənməsinə töhfə verdiyini bildiriblər.

Qeyd olunub ki, çətin relyef və real döyüş şəraitinə uyğunlaşdırılmış fəaliyyətlərin icrası zamanı hərbi qulluqçular yüksək peşəkarlıq, taktiki savad və koordinasiyalı fəaliyyət nümayiş etdiriblər. Təlim müddətində hərbi qulluqçular qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Çıxışlar bitdikdən sonra təlim zamanı fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin çıxışları iştirakçılar tərəfindən maraqla izlənilib.

Voicepress

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR