DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.

|
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib.

Voicepress xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqil Qurbanov oktyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı ordu admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıran ilə birlikdə “ADEX-2026” sərgisində iştirak edib.

Qonaqlar Türkiyənin müdafiə sənayesi şirkətlərinə məxsus stendləri ziyarət edib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə tanış olublar.

Sərgi çərçivəsində Aqil Qurbanov Azərbaycanda səfərdə olan Latviya Milli Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisi general-mayor Andis Dilans ilə də görüşüb.

Görüşdə “ADEX-2026” sərgisinin müdafiə sənayesi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması, qabaqcıl texnologiya və innovativ həllərin müzakirəsi, həmçinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanla Latviya arasında müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR