VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Twitter”də yazıb
“Ümid edək ki, Səudiyyə Ərəbistanı və OPEK neft hasilatını azaltmayacaq. Neftin qiyməti təchizat baxımdan daha aşağı olmalıdır”, – deyə prezident bildirib.
Əvvəllər Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, OPEK + ölkələrindən alınan məlumatlar göstərir ki, sazişin iştirakçıları yenidən neft hasilatının azalmasına gedə bilər.
Oktyabrın sonunda Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh bildirib ki, krallıq cari bazar şərtlərinin qorunub saxlanılması ilə neft hasilatını artırmaq niyyətində deyil.
VOİCEPRESS.AZ