DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp: ABC, CBS, CNN telekanalları Amerikanın düşmənləridir

Prezident bir sıra ABŞ KİV-lərini "xalq düşməni" adlandırıbAmerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bir sıra KİV-ləri "xalq düşməni…

|
Tramp: ABC, CBS, CNN telekanalları Amerikanın düşmənləridir

Prezident bir sıra ABŞ KİV-lərini “xalq düşməni” adlandırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bir sıra KİV-ləri “xalq düşməni” adlandırıb. VOİCEPRESS-in xəbərinə görə, o, bu barədə özünün “Tvitter” hesabında yazıb. “The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.
Bundan əvvəl Donald Tramp dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb. “KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, – bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı görüşdə bildirmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR