VOİCEPRESS bildirir ki, bunu mediaya müsahibəsində rusiyalı politoloq Yevgeni Satanovski söyləyib.
“Heç bir ümumi proses yoxdur. Hər kəs bir-biriylə vuruşur. Mən hansısa ümumi dinamikaya inanmıram. Bu gün Yaxın Şərqdə bütün dövrlər ərzində baş verənlər təkrarlanır. İranlılar səudiyyəlilərlə yarışırlar, ərəb dünyasının daxilində mübahisələr var, hamı bir-biriylə döyüşür. Belə olub və bundan sonra da belə qalacaq.
Tehranda baş verən teraktların arxasında Səudiyyə Ərəbistanı dayanır. Bu böyük ehtimalla Səudiyyə xüsusi xidmət orqanlarının növbəti əyləncə vasitəsidir”, – deyə o bildirib.
VOİCEPRESS.AZ