DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Suriyanın Latakiya əyaləti atəşə tutulub, 18 hərbçi ölüb

Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub, daha biri…

|
Suriyanın Latakiya əyaləti atəşə tutulub, 18 hərbçi ölüb

Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub, daha biri yaralanıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Vladimir Savçenko jurnalistlərə deyib.

“Sutka ərzində yaraqlılar Hələb və Hama şəhərlərinin qəsəbələrini, Hələb əyalətinin Təll-Aluş yaşayış məntəqəsini və Latakiya əyalətinin Safsara yaşayış məntəqəsini atəşə tutublar. Təll-Aluş yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində Suriya ordusunun bir hərbçisi yaralanıb. Safsara yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 18 hərbçi ölüb, biri yaralanıb”, – deyə Savçenko bildirib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində 23 nəfər həyatını itirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR