DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İsrail BMT-ni hədələdi

Rəsmi Təl-Əviv BMT-nin qərarını heçə sayaraq qərarını təsdiqlədiBMT-nin təzyiqlərinə baxmayaraq, İsrail hökuməti İordan çayının Qərb sahilində 20 ildən sonra…

|
İsrail BMT-ni hədələdi

Rəsmi Təl-Əviv BMT-nin qərarını heçə sayaraq qərarını təsdiqlədi

BMT-nin təzyiqlərinə baxmayaraq, İsrail hökuməti İordan çayının Qərb sahilində 20 ildən sonra ilk dəfə yeni yəhudi məskənlərinin salınması ilə bağlı Knessetə təqdim olunan qanun layihəsini təsdiq edib.

VOİCEPRESS “Timeturk”-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu məlumat verib.

Benyamin Netanyahu BMT-yə ayrılan pulun azaldılacağını da deyib: “BMT-nin bizə hücumunu maliyyələşdirməyəcəyəm. Biz oyunun şərtlərini dəyişdiririk. BMT-də bizim əleyhimizə sözlə hücumlar gerçəkləşir. Buna görə də BMT-yə ödədiyimiz üzvlük haqqını 6-7 milyon dollar azaltmışdıq. Səsvermə keçirdik və üzvlük haqqını daha 2 milyon dollar azaltdıq”.

Baş nazir BMT-yə ödənilməyəcək məbləğin Xarici İşlər Nazirliyinə veriləcəyini və bu pulun İsrailə yaxınlaşmaq istəyən ölkələr ilə münasibətlərin qurulacağına xərclənəcəyini bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR