DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub

İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub.VOİCEPRESS.AZ RİA "Novosti”yə…

|
İspaniyada leysan yağışı və qasırğa fəlakətə səbəb olub

İspaniyanın qitə ərazisi, habelə Balear və Kanari adalarında yağan leysan yağışı sahil ərazilərində daşqınlara səbəb olub.

VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin şərq sahilləri daha çox ziyan görüb. Belə ki, Kataloniya muxtar bölgəsinin Girona əyalətində daşqın üzündən onlarla sakin təxliyyə olunub, 26 avtomobil yolu bağlanıb. Kanari adalarında ötən gün 6 metrədək dalğa qeydə alınıb.

Valensiya əyalətinin cənubu və Alikante əyalətinin şimalında qasırğa üzündən “qırmızı” (ən yüksək) təhlükə elan edilib. Ölkədə ümumiyyətlə, 45 min məktəblinin dərsləri təxirə salınıb. Leysan yağışının hələ bir həftə yağacağı, havaların soyuyacağı bildirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR