Astarada dənizkənarı park-bulvar kompleksinin ərazisi genişləndiriləcək
VOİCEPRESS xəbər verir ki, Prezident İlham Əliyev Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilib, o cümlədən Modul tipli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Gənclər evi, Boks [...]