DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dolu, güclü külək və leysan Qəbələdə fəsadlar törədib

Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.VOİCEPRESS xəbər verir ki, bu gün saat 19:00…

|
Dolu, güclü külək və leysan Qəbələdə fəsadlar törədib

Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
VOİCEPRESS
xəbər verir ki, bu gün saat 19:00 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərinə dolu düşüb. Təxminən 20 dəqiqə yağan dolu yağışı və qasırğa meyvə-tərəvəz və əkin sahələrinə ziyan vurub.
Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb, bəzi kəndlərə elektrik verilişi dayanıb. Hazırda rayonda leysan yağışı davam edir. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə məhsullarına ziyan dəyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR