Bakıda güclü küləyi rayonlarda leysan yağış əvəz edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 55-65 [...]