DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ermənilər Ağdamda dinc sakinləri nişan aldılar – VİDEO

Ermənistan silahlı qüvvələri yenə mülkü şəxsləri və obyektləri hədəf alıb. Onların açdıqları atəş nəticəsində yardımçı tikili və yüzlərlə ot bağlaması…

|
Ermənilər Ağdamda dinc sakinləri nişan aldılar – VİDEO

Ermənistan silahlı qüvvələri yenə mülkü şəxsləri və obyektləri hədəf alıb. Onların açdıqları atəş nəticəsində yardımçı tikili və yüzlərlə ot bağlaması yanıb.

VOİCEPRESS xezerxeber-ə istinadən xəbər verir ki, günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən cəbhəyanı kəndləri atəşə tutublar. Ağdamın Orta Qərvənd kəndi də atəşə məruz qalıb. Ermənistan ordusunun açdığı atəş nəticəsində kənd sakini Vilayət Həsənovun fərdi təsərrüfatına ciddi ziyan dəyib.

Kənd sakininə məxsus yardımçı tikili və tayada olan 480 ədəd ot bağlaması yanaraq kül olub. Təsərrüfat sahibi alovlar şiddətləndikdən sonra yanğından xəbər tutub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. İlkin hesablamalara görə, təsərrrüfat sahibinə 3 min manatdan artıq ziyan dəyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR