VOİCEPRESS CNN-ə istinadla bildirir ki, hava hücumu ilə atılan bomba dəhşətli qoxunun yayılmasına səbəb olub. Nəticədə 12 nəfər zəhərlənib.
Kimyəvi silahdan zəhərlənənlər üzdə qabartı, gözdə qızartı, qaşınma, qusma və öskürək kimi şikayətlərlə xəstəxanalara yatırılıblar.
Beynəlxalq Qızıl Xaç Komitəsinin verdiyi məlumata görə, kimyəvi silahın istifadəsi nəticəsində 12 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 17-də başlayan Mosul əməliyyatına hərbi təyyarələrlə dəstək olan ABŞ bir müddət əvvəl İŞİD-in kimyəvi silahdan istifadə etmə ehtimalının olması barədə xəbərdarlıq etmişdi.
VOİCEPRESS.AZ