DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Saakaşviliyə Niderland sahib çıxdı – Şəxsiyyət vəsiqəsi verildi

Ukraynadan çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.VOICEPRESS-in…

|
Saakaşviliyə Niderland sahib çıxdı – Şəxsiyyət vəsiqəsi verildi

Ukraynadan çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.

VOICEPRESS-in verdiyi xəbərə görə, bu barədə Saakaşvili sosial şəbəkədəki hesabından məlumat yayıb. O, Amsterdamda kimliyini təsdiq edən sənəd əldə etdiyini bildirib.

Saakaşvilinin sözlərinə görə, artıq onun Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi var. Lakin o, Ukrayna vətəndaşlığını bərpa etməkdə israrlı olduğunu da bəyan edib.

Xatırladaq ki, Saakaşvili fevralın 12-də Kiyevdə saxlanılaraq Ukrayna ərazisindən çıxarılmış və Polşaya göndərilmişdi.


VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR