DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya Daxili Qoşunları baş komandanının sabiq müavini həbs edildi

Rusiya Daxili Qoşunlarının baş komandanının sabiq müavini Vyaçeslav Varçuk saxlanılıb.VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, o, rüşvət almaqda…

|
Rusiya Daxili Qoşunları baş komandanının sabiq müavini həbs edildi

Rusiya Daxili Qoşunlarının baş komandanının sabiq müavini Vyaçeslav Varçuk saxlanılıb.

VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.

Moskva Qarnizon Hərbi Məhkəməsinin qərarına görə, V. Varçuk iki ay həbsdə qalacaq.

Qeyd edək ki, bir müddət öncə bu işlə əlaqədar Aleksandr Kostin həbs edilib. Ona qarşı iri məbləğdə rüşvət almaq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, 2015-2016 illərdə A. Kostin Daxili Qoşunlar Baş Komandanlığının rabitə idarəsinə əlavə vəsaitlərin ayrılmasına dair göstərdiyi yardım müqabilində 10 milyon rubl məbləğində rüşvət alıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR