DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İraqın şimalındakı Kürd Muxtariyyətinin hökuməti dağıldı

İraqın şimalındakı Kürd Muxtariyyətində fəaliyyət göstərən "Goran" Dəyişiklik Hərəkatı və "Əl-Cəmaat əl-İslamiyya" partiyaları koalisiya hökumətindəki…

|
İraqın şimalındakı Kürd Muxtariyyətinin hökuməti dağıldı

İraqın şimalındakı Kürd Muxtariyyətində fəaliyyət göstərən “Goran” Dəyişiklik Hərəkatı və “Əl-Cəmaat əl-İslamiyya” partiyaları koalisiya hökumətindəki nümayəndələrini geri çağırdıqlarını açıqlayıblar.

VOİCEPRESS.AZ xəbər verir ki, “Goran” hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyindən istefa verəcəyini bildirib.

Muxtariyyətin 8-ci hökumətində “Goran”ın təmsilçiləri maliyyə, ticarət, dini işlər, sərmayə nazirliklərinə və “peşmərgə” adlanan silahlılara rəhbərlik edirdilər. Partiya parlamentdə 24 deputatla təmsil olunur.

Xatırladaq ki, üç gündür muxtariyyətin Süleymaniyyə şəhərində müəllimlər və məmurlar gecikdirilən maaşlarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirirlər. Aksiyalar zamanı baş verən toqquşmalarda 5 nəfər ölüb, 93 nəfər isə yaralanıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR