DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Qaşıqçının son sözləri: “Boğuluram, çuvalı çıxarın”

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində olan danışığı yayılıb. VOICEPRESS.AZ xəbər verir ki, bu barədə…

|
Qaşıqçının son sözləri: “Boğuluram, çuvalı çıxarın”

Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının həyatının son dəqiqələrində olan danışığı yayılıb. VOICEPRESS.AZ xəbər verir ki, bu barədə materialı “Əl-Cəzirə” telekanalına Türkiyənin “Daily Sabah” qəzetinin müxbiri Nazif Karaman ötürüb.

Yayılan audioyazıdan bəlli olur ki, Qaşıqçı həyatının son dəqiqələrində bu cümləni işlədib: “Boğuluram… Bu çuvalı başımdan çıxarın, klaustrofobiyam var”.

Karaman bildirib ki, jurnalistin qətli 7 dəqiqə davam edib.

Onun sözlərinə görə, tezliklə “Daily Sabah” sözügedən audioyazıdan parçaları yayacaq.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13.14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR