Bu barədə VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən məlumat verir.
Söhbət zamanı dövlət başçıları İdlibdəki vəziyyətin sabitləşməsi üçün səylərin artırılmasına dair razılığa gəliblər.
“Suriyadakı vəziyyətin müzakirəsi davam etdirilib. Sentyabrın 17-də Soçidə imzalanmış İdlibdəki vəziyyətin sabitləşməsi haqqında memorandumun həyata keçirilməsi üzrə birgə səylərin, eləcə də terror qruplaşmaları ilə mübarizə tədbirlərinin artırılması razılaşdırılıb”, – Kremlin Mətbuat xidmətindən bildiriblər.
Bundan əlavə, söhbət zamanı noyabrın 19-da İstanbulda iki ölkə liderlərinin görüşünün nəticələri nəzərə alınmaqla Rusiya-Türkiyə əməkdaşlığının bəzi aspektlərinə toxunulub.
Xatırladaq ki, noyabrın 25-də Ukraynanın üç gəmisi Rusiya FTX tərəfindən Kerç boğazında saxlanılıb.
VOİCEPRESS.AZ