DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Prezidentə böyük zərbə: Trampın səyahət qadağası dayandırıldı

Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idiABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının…

|
Prezidentə böyük zərbə: Trampın səyahət qadağası dayandırıldı

Fərman martın 16-dan bütün ölkə üzrə qüvvəyə minməli idi

ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. VOİCEPRESS Associated Press-ə istinadən xəbər verir ki, hakim Derrik Uotson öz göstərişini ştat rəhbərliyinin müvafiq sorğusunu öyrəndikdən sonra verib. Bu qərar bütün ölkə üzrə qüvvəyə minməli olan fərmanın icrasını dayandırır.

Qeyd edək ki, martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR