DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Pentaqon Rusiya və Çinlə rəqabətə başlayır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya və Çinlə uğurlu rəqabət aparmaq üçün süni intellektin inkişafına 885 milyon dollar xərcləyəcək.VOİCEPRESS-in verdiyi…

|
Pentaqon Rusiya və Çinlə rəqabətə başlayır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya və Çinlə uğurlu rəqabət aparmaq üçün süni intellektin inkişafına 885 milyon dollar xərcləyəcək.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu haqda “Wall Street Journal” Amerikanın “Booz Allen Hamilton” konsaltinq şirkətinin nümayəndəsi Coş Sallivana istinadən məlumat verib.

Sallivan qeyd edib ki, Pentaqon süni intellekt elementlərinin hərbi məqsədlərlə istifadə edilməsini nəzərdə tutan 5 illik müqavilənin şərtlərini razılaşdırır.

Bu müqavilənin məqsədi isə hərbi qulluqçular tərəfindən yerinə yetirilən gündəlik və vaxt aparan tapşırıqların süni intellektə ötürülməsidir ki, bununla da hərbçilərə nisbətən çətin problemlərin həllində daha çox vaxt qazandıracaq.

Qeyd edək ki, müqavilə eyni zamanda Pentaqonda həyata keçirilən ekperimental proqramların genişləndirilməsinə də, öz tövhəsini verəcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR