Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bu barədə özəl olaraq VOİCEPRESS-ə nazirlikdən bildirilib.Məlumatda bildirilir ki, monitorinqlər əsasən Quba, Xaçmaz, Giləzi, Şurabad, Lənkəran, Bakı və Abşeron yarımadasında dəniz sahillərində keçirilir:"Bu ilin 9 ayı ərzində keçirilən monitorinqlər nəticəsində yerin təkindən qanunsuz istifadə edən şəxslərə [...]