DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Xalq artisti həbs edilmiş işçilərinin adlarını açıqladı

Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayınıb.VOİCEPRESS xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın…

|
Xalq artisti həbs edilmiş işçilərinin adlarını açıqladı

Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın iki milyondan çox vergidən yayınıb.

VOİCEPRESS xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya klinikası”nın vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.

Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər.

10:40

Xalq artisti Leyla Şıxlinskaya sahibi olduğu klinikanın bəzi əməkdaşlarının barələrində cinayət işi açılaraq həbs olunmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

VOİCEPRESS
lent.az-a istinadən xəbər verir ki, xalq artisti bildirib ki, klinikanın baş mühasibi, kassiri, adminstratoru və daha 3 nəfər vergidən yayınaraq külli miqdarda vəsaiti ələ keçirdiyi üçün həbs edilib və barələrində başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir:

“Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər – baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.

Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: “Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR