DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bu…

|
Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Bu barədə özəl olaraq VOİCEPRESS-ə nazirlikdən bildirilib.

Məlumatda bildirilir ki, monitorinqlər əsasən Quba, Xaçmaz, Giləzi, Şurabad, Lənkəran, Bakı və Abşeron yarımadasında dəniz sahillərində keçirilir:

“Bu ilin 9 ayı ərzində keçirilən monitorinqlər nəticəsində yerin təkindən qanunsuz istifadə edən şəxslərə 35 akt və protokol tərtib edilib. Nəticədə qanun pozan şəxslər 15 min 800 manat cərimələnib. Qanunsuz qumun daşınmasına görə isə, 13 min 633 manat məbləğində iddia qaldırılıb”.

Nazirlikdən bildirilib ki, əvvəlki illərlə müqayisədə Xəzər sahilindən qanunsuz qum daşınması faktları əhəmiyyətli dərəcədə azalıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR