ABŞ-ın sabiq prezidenti Barak Obamanın xanımı Mişel və qızı Maliya dünən Florida ştatındakı Mayami şəhərində idilər.
VOİCEPRESS.AZ CBS-ə istinadən bildirir ki, ana və qızı çimərlikdə dolaşandan sonra steyk-hausa yollanaraq nahar ediblər.
53 yaşlı Mişel Obama çox zövqlü, zərif stildə geyinmişdi. Onun 19 yaşlı böyük qızı Maliya isə həmişəki kimi, avanqard stilə üstünlük vermişdi.
Ana və qızını ABŞ-ın Gizli Xidmətinin əməkdaşları, habelə Obama administrasiyasının sabiq müşaviri Valeri Carrett müşayiət edirdilər.
VOİCEPRESS.AZ