DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.VOİCEPRESS.AZ…

|
İnterpolun axtardığı azərbaycanlı Ukraynada tutuldu

Ukraynanın Belqorod-Dnestr sərhəd-buraxılış məntəqəsinin əməkdaşları İnterpol tərəfindən axtarılan 35 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

VOİCEPRESS.AZ məlumat verir ki, azərbaycanlı Ukraynaya Gürcüstan qeydiyyatında olan avtomobillə daxil olarkən saxlanılıb. Sənədlərin yoxlanması zamanı onun İnterpol xətti ilə axtarışda olduğu üzə çıxıb.

Sərhədçilər hadisə barəsində İnterpolun Ukrayna nümayəndəliyinə xəbər veriblər və azərbaycanlının axtarışıda olduğu təsdiqlənib. O, həbs edilib.

Onun Azərbaycanda qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə axtarışda olduğu müəyyənləşib.

Sərhədçilər azərbaycanlını yerli polis əməkdaşlarına təhvil veriblər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR