DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Narkotacirlər, qatillər və quldurlar şəhərdə edam olundular – VİDEO

Çində narkoticarət, qatillər və quldurlar edam olunublar. Onlar stadionda, minlərlə insanın gözləri qarşısında güllələniblər.VOİCEPRESS.AZ South China Post-a…

|
Narkotacirlər, qatillər və quldurlar şəhərdə edam olundular – VİDEO

Çində narkoticarət, qatillər və quldurlar edam olunublar. Onlar stadionda, minlərlə insanın gözləri qarşısında güllələniblər.

VOİCEPRESS.AZ South China Post-a istinadən bildirir ki, Çinin cənubundakı Quandun vilayətindəki Lyufen bölgəsində, Dunhay şəhərindəki stadionda 10 nəfər edam olunub.

Şanvey və Lyıfen xalq məhkəmələrinin hökmü ilə onlar narkoticarət, quldurluq və qətllərdə suçlanıblar.

10 nəfər edam cəzası alıb və cəza gerçəkləşdirilib.

İyun ayından bəri Quandunda məhkəmələr artıq üçüncü dəfədir ki, edam hökmləri verirlər.

Edam olunanların 7 nəfəri narkotacirlər idi.

Noyabrın 28-də Çjayyan şəhərində 3 narkotacir, iyunun 24-də isə Şanvey şəhdərində 13 qatil və narkotacir edam olunmuşdular. Edamlar stadionlarda gerçəkləşmişdi.

Quandun Çində narkoticarətin çox geniş yayıldığı məkandır. Ölkədə “qara bazar”larda satılan metamfetaminin 1/3-ü Lyfendə istehsal olunur.

İlin əvvəlindən bəri Quandunda narkotik maddələrlə bağlı 13 min cinayət işi açılıb, 16 min nəfər həbs olunub, 10400 kq narkotik maddə müsadirə edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR