DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Müharibədə 11 min dinc sakin həlak olub

İraqın Mosul şəhərində davam edən hərbi əməliyyatlar zamanı 23 nəfər həlak olub. VOİCEPRESS-in məlumatına görə, bu barədə "Anadolu" agentliyinə İraq federal…

|
Müharibədə 11 min dinc sakin həlak olub

İraqın Mosul şəhərində davam edən hərbi əməliyyatlar zamanı 23 nəfər həlak olub. VOİCEPRESS-in məlumatına görə, bu barədə “Anadolu” agentliyinə İraq federal polisinin mayoru Yəhya Abba ət-Talibi xəbər verib.

Onun sözlərinə görə, martın 12-i səhər tezdən şəhərin cənub-qərbində İŞİD terrorçuları ilə polislər arasında ağır döyüşlər gedir. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı həlak olub. Döyüşlər zamanı həmçinin İŞİD-in 9 terrorçusu da məhv edilib. Onlardan biri kamikadzedir.

Bundan əlavə, beynəlxalq koalisiyanın hərbi hava qüvvələri Mosulun qərbinə zərbələr endiriblər. Nəticədə 11 dinc sakin həlak olub. Ət-Talibi bildirib ki, İraq ordusu terrorçulara sarsıdıcı zərbə endirmək üçün Əl-Cədidə rayonu ərazisində İŞİD-ə qarşı yeni cəbhə açmağı planlaşdırır.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi ötən il, oktyabrın 17-də Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda əməliyyatın başlandığını bəyan edib. Şəhər 2014-cü ilin iyunundan silahlı qruplaşmanın nəzarəti altındadır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR