Dağıstan Xalq Məclisinin deputatı Vəli Fətəliyev Dərbənddə münaqişə zamanı bıçaq yarası alıb.
VOİCEPRESS bildirir ki, bu barədə Dağıstan güc strukturlarındakı mənbə bildirib.
“Bu gün axşam Dərbənd administrasiyası torpaq komitəsinin binasında münaqişə zamanı deputat Fətəliyev bıçaqlanıb”, – mənbə deyib.
Onun sözlərinə görə, deputata hücum edən şəxs saxlanılıb: “Şübhəli şəxs torpaq komitəsi rəisinin mühafizəçisidir. Hazırda o, polis tərəfindən dindirilir”.
Dağıstanın hüquq-mühafizə orqanlarından bu insidentlə bağlı rəsmi açıqlama verilməyib.
VOİCEPRESS.AZ