DOLAR
50,15 ₺
EURO
56,04 ₺
STERLİN
67,30 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil olunub

Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil etmək kimi faydalı…

|
Muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil olunub

Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil etmək kimi faydalı ənənəsini davam etdirir.

Opera və Balet teatrının mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, bu sıradan növbəti tamaşa oktyabrın 21-də keçiriləcək Müslüm Maqomayevin “Şah İsmayıl” operasının tamaşasıdır. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaqdır. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olmuşdur. Və Teatr oktyabrın 21-də baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr etmişdir. Tamaşada əsas partiyaları Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah”, Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər.

Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR