DOLAR
50,12 ₺
EURO
56,34 ₺
STERLİN
67,64 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə…

|
Azərbaycan-Gürcüstan Milli Müdafiə universitetləri arasında təcrübə mübadiləsi aparılıb

Azərbaycan ilə Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini polkovnik İmeda Gvritshvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən VOİCEPRESS-ə verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olan nümayəndə heyəti institutun rektoru polkovnik Elnur Ələsgərli ilə görüşüb.

Görüşdə Azərbaycanın hərbi təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, görülən işlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib.

Tərəflər, həmçinin hərbi təhsilin inkişafı istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Qarşılıqlı hədiyyə mübadiləsindən sonra xatirə fotosu çəkdirilib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR