DOLAR
50,12 ₺
EURO
56,34 ₺
STERLİN
67,64 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Həyat yoldaşı məcburi köçkün olan kişilərə hansı halda “məcburi köçkün” statusu veriləcəyi müəyyənləşib

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından…

|
Həyat yoldaşı məcburi köçkün olan kişilərə hansı halda “məcburi köçkün” statusu veriləcəyi müəyyənləşib

Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra arvadının yaşayış yeri üzrə qeydiyyata düşmüş kişilərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.
VOİCEPRESS xəbər verir ki, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl yalnız məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara belə status verilib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR