Avropa İttifaqı Türkiyənin bu təşkilata üzvlüyü ilə bağlı şərtlərdə “ciddi” deyil.
VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Budapeştdə keçirdiyi görüş zamanı deyib .
O qeyd edib ki, Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıq edib-etməməklə bağlı qərarını verməlidir.
“Biz bu ölkə ilə danışıqlar aparmağı təklif etmişdik, ancaq nəhəng dövlətlər Türkiyənin heç vaxt Avropa Birliyinə üzv ola bilməyəcəyini dedilər”, – Orban bildirib.
O bildirib ki, Türkiyənin miqrant siyasəti Avropanın, eləcə də, Macarıstanın təhlükəsizliyi üçün vacibdir.
VOİCEPRESS.AZ