VOİCEPRESS.AZ xəbər verir ki, bunu noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib.
O, Belarusun bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməli olduğunu bildirib:
“Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm. Növbəti dəfə sizin hamınızı, məhz bu Avropa Oyunlarını izləməyi arzulayan Azərbaycan vətəndaşlarını Belarusa gəlməyə dəvət edirəm”.
VOİCEPRESS.AZ