DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Los-Anceles xəritədən silinə bilər

ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur.VOİCEPRESS trend-ə istinadən…

|
Los-Anceles xəritədən silinə bilər

ABŞ-ın Kaliforniya ştatı sahillərində Rixter cədvəli ilə 7,3 bal və ya daha şiddətli zəlzələnin baş verməsi ehtimalı mövcuddur.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, bu qənaətə mütəxəssislər regionda okean dibinin təhlilini həyata keçirəndən sonra gəliblər.

Qeyd edilib ki, Los-Anceles və San-Dieqo ətrafında sualtı yer qabığının çatlaması 30-40 faiz ətrafındadır. “Bu, o demək deyil ki, güclü zəlzələ olacaq. Amma 5 və ya 6 bal gücündə yeraltı təkan kifayət edəcək ki, Kaliforniyada ciddi dağıntılar qeydə alınsın”.

Mütəxəssislər qeyd edib ki,sonuncu dəfə bu cür zəlzələ 1933-cü ildə Lonq-Biçdə baş verib. Həmin zəlzələ nəticəsində 113 nəfər həlak olub.

Qeyd edək ki, Kaliforniya dünyanın seysmik cəhətdən ən aktiv bölgələrindən hesab olunur. 1906-cı ildə San-Franssiskoda baş vermiş zəlzələ nəticəsində 3 mindən çox adam həlak olmuş, şəhər tamamilə dağılmışdı.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR