DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var

Londonun şimal-şərqində miniven tipli avtomobil piyadaları vurub. Baş verən insident zamanı bir nəfər ölüb.VOİCEPRESS xəbər verir ki, bu barədə London…

|
Londonda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və yaralananlar var

Londonun şimal-şərqində miniven tipli avtomobil piyadaları vurub. Baş verən insident zamanı bir nəfər ölüb.

VOİCEPRESS xəbər verir ki, bu barədə London polisindən bildirilib.

Məlumata görə, daha 8 nəfər yaralanaraq xəstəxanalara yerləşdirilib.

Londonda piyadaları vuran maşından düşən şəxs bıçaqla azı bir nəfərə xəsarət yetirib.

“Sky News” telekanalının hadisə şahidlərinə istinadən xəbərinə görə, insident zamanı avtomobildə 3 nəfər olub. Onlardan biri polis tərəfindən yaxalanıb, daha ikisi hadisə yerindən qaçıb. İnsident Böyük Britaniya paytaxtının şimal-şərq bölgəsində yerləşən məscidin yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Londonun mərkəzində sürücü avtomobillə bir neçə piyadanı vurub, daha sonra maşından düşərək polis əməkdaşını bıçaqla qətlə yetirib. Qatil hadisə yerində zərərsizləşdirilib. Terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

İyunun 3-də isə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis tərəfindən güllələnib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR