DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Lavrovdan Qətərlə bağlı AÇIQLAMA: “Narahatıq”

Rusiya Qətər ətrafında yaranan vəziyyətlə əlaqədar narahatlıq keçirir.VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli…

|
Lavrovdan Qətərlə bağlı AÇIQLAMA: “Narahatıq”

Rusiya Qətər ətrafında yaranan vəziyyətlə əlaqədar narahatlıq keçirir.

VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Moskvada keçirdiyi görüşdə bildirib.

“Ərəb dünyasında vəziyyətin kəskin gərginləşməsi görüşümüzün əsas mövzusu olacaq. Bu gərginliyi, Qətərlə əlaqələri kəsmək barədə ərəb dövlətləri tərəfindən atılan addımları narahatlıqla qarşılayırıq”, – deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR