Pakistanın cənubunda yerləşən Sind əyalətində 83 nəfərin ölümü ilə nəticələnmiş terror hadisədən sonra Pakistan Silahlı Qüvvələrinin sözçüsü general Asif Ghafoor, ölkədə olan Əfqan diplomatlarından bu ölkədə həbsdə olan 76 Taliban üzvünün qaytarılmasını istəyib.
Həmçinin Əfqanıstan və Pakistanın sərhəd qapıları bağlanıb. Əfqanıstan prezidentinin Sözçüsü Shah Husain Mortazavi, verdiyi bəyanatda “Pakistanda baş verən terror hücumundan görə məyusuq, amma sərhəd qapısını bağlamaq nə bizə, nə də Pakistana terrorizmə qarşı mübarizə məsələsində yardımçı olmaz” deyib. Mortazavi, Pakistandan təcavüzü dərhal dayandırmasını istədi.
VOİCEPRESS.AZ