DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kanadanın baş naziri Camal Qaşıqçının işi üzrə səs yazısının mövcudluğunu təsdiqləyib

Kanadanın baş naziri Castin Tryudo bildirib ki, ölkənin xüsusi xidmət əməkdaşları Türkiyədə qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzrə səs…

|
Kanadanın baş naziri Camal Qaşıqçının işi üzrə səs yazısının mövcudluğunu təsdiqləyib

Kanadanın baş naziri Castin Tryudo bildirib ki, ölkənin xüsusi xidmət əməkdaşları Türkiyədə qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Qaşıqçının işi üzrə səs yazısı ilə tanış olublar.

Bu barədə VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir.

“Kanadanın xüsusi xidmət orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə bu iş üzrə birgə əsaslı iş aparır. Kanada Türkiyədən verilən işlə tam tanış olub”, – deyə o bildirib.

Daha əvvəllər KİV Türkiyədə jurnalistin ölümünü təsdiq edən səs yazılarının mövcud olduğunu və bu barədə ABŞ-ı məlumatlandırdığını xəbər verib. Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda oktyabrın 2-də qətlə yetirilib. Oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmiləri jurnalistin krallığın Baş Konsulluğunda qarşıdurma zamanı öldürüldüyünü bildiriblər.

Sonradan Ər-Riyad rəsmiləri bildirib ki, jurnalistin qətli əvvəldən planlaşdırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR