DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İlin hadisəsi budur – Türk mediası

Otuz ildir işğal atında olan torpaqlarını düşməndən azad etməklə Azərbaycan ilin hadisəsini yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu…

|
İlin hadisəsi budur – Türk mediası

Otuz ildir işğal atında olan torpaqlarını düşməndən azad etməklə Azərbaycan ilin hadisəsini yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi bir zəfər qazanıb.

VOICEPRESS xəbər verir ki, bu fikirlər ötən ilin yekunları ilə bağlı Türkiyə kütləvi informasiya vasitələrinin yaydığı materiallarda ifadə olunmaqdadır.

Ölkənin aparıcı media qurumlarından olan “TRT Haber” telekanalı mövzu ilə bağlı yanvarın 1-də xüsusi reportaj yayımlayıb. Reрortajda Ermənistanın işğalçılıq siyasəti və onun yaratdığı acılar, Azərbaycanın inkişaf strategiyası, ölkəmizin Milli Ordu quruculuğundakı böyük uğurları, nəhayət təcavüzkar tərəfin təxribatları ilə başlanan Vətən müharibəsinin böyük zəfərlərə yol açması və qələbəni şərtləndirən səbəblər barədə müfəssəl məlumat verilib.

Reрortajda ötən ilin hadisəsi kimi dəyərləndirilən proseslərə dair nadir vedeomateriallar təqdim olunub. Həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük tarixi “Dəmir yumruq” əməliyyatının nəticələri ilə bağlı çıxışlarına, xalqa müraciətlərinə geniş yer ayrılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR