DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Putin enerji atəşkəsi təklifini mənasız adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində gəmilərə hücumların dayandırılması ilə bağlı hazırkı…

|
Putin enerji atəşkəsi təklifini mənasız adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması müqabilində gəmilərə hücumların dayandırılması ilə bağlı hazırkı təklifi mənasız adlandırıb.

Voicepress xəbr verir ki, Putin bunu “Valday” forumunda çıxışı zamanı bildirib.

Rusiya Prezidentinin sözlərinə görə, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsi Qərbin köməyi olmadan mümkün deyil.

Putin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının ölkəyə zərər vurduğunu bildirib. Onun sözlərinə görə, Rusiyanın Kiyevin bu zərbələrinə cavabından sonra Ukraynanın polad sənayesi məhv edilib.

Rusiya Prezidenti Ukraynada baş verən hadisələri Qərbin Rusiyaya qarşı “kollektiv təcavüzü” kimi qiymətləndirib.

Putin, həmçinin Rusiyanın kifayət qədər dizel yanacağına malik olduğunu, lakin sanksiyalar səbəbindən bu məhsulun qlobal bazarlara çıxarılmasının mümkün olmayacağını bildirib.

O, Moskvanın Hörmüz boğazının açılacağına və İrana qarşı sanksiyaların ləğv ediləcəyinə ümid etdiyini də qeyd edib.

Voicepress

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR