DOLAR
49,27 ₺
EURO
55,17 ₺
STERLİN
65,31 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Həbsxanada qiyam: 45 nəfər yaralandı

Yaralılar arasında nəzarətçilər də varMeksikada həbsxanada qiyam baş verib. VOİCEPRESS-in RİA-ya istinadən verdiyi xəbərə görə, hadisə Nuevo-Leon ştatının…

|
Həbsxanada qiyam: 45 nəfər yaralandı

Yaralılar arasında nəzarətçilər də var

Meksikada həbsxanada qiyam baş verib. VOİCEPRESS-in RİA-ya istinadən verdiyi xəbərə görə, hadisə Nuevo-Leon ştatının Kadereyta şəhərində qeydə alınıb. Qiyam nəticəsində azı 45 nəfər məhbus və həbsxana nəzarətçisi yaralanıb.

“Excelsior” portalının məlumatına görə, qiyamçılar 4 nəzarətçini girov götürüb. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, ötən həftə Meksikanın Syudad-Viktoriya şəhərində həbsxanada məhbuslar arasında baş verən toqquşmada 3 nəfər ölüb, 1-i isə ağır yaralanıb.

Ümumiyyətlə 2016-ci ilin fevral ayında Meksinakın həbsxanalarında qiyam nəticəsində 49 nəfər ölüb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR