VOİCEPRESS.AZ xəbər verir ki, 15 noyabr tarixində keçirilən tədbirdə Azərbaycanın diaspor naziri Nazim İbrahimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, TÜİB sədri Hüseyin Büyükfırat, ATİB başqanı Cemal Yangın, Azərbaycan Rəsamlar İttifaqının üzvü gənc rəssam Günay Mehdizadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, iş adamları, ictimaiyyət nümayəndələri və media rəhbərləri iştirak edib.
Gənc rəssam Günay Mehdizadə Şimali Kipr Respublikasının yaranmasının 34-cü ildönümü münasibətilə təbrik edib: “Şimali Kipr xalqını səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında olan əlaqələr həm siyasi, həm iqtisadi, həm mədəni, həm də digər sahələr üzrə daha da güclənəcək, inkişaf edəcək. Bu işdə biz rəssamların da üzərinə məsuliyyət düşür.
Ümid edirəm ki, biz birlikdə addımlamağa və nailiyyətlər əldə etməyə davam edəcəyik”.
Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti 1983-cü ilin noyabr ayında elan olunub. Aradan 34 il keçməsinə baxmayaraq Kipr adasının türk icmasınımn yaratmış olduğu bu dövlət Türkiyə xaricində heç bir dövlət tərəfindən rəsmi şəkildə tanınmır. Əvvəllər Pakistan və Banqladeş Kuzey Kıbrısı müstəqil dövlət kimi tanısa da, sonradan bundan imtina ediblər. Bununla belə, Kuzey Kıbrısla bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Bu ada dövləti İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ