DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Gələn ilin büdcəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

Sabah – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.VOİCEPRESS.AZ -ın məlumatına görə, iclasının gündəliyinə 7 məsələ daxildir.Bunlar, ”Azərbaycan…

|
Gələn ilin büdcəsi sabah Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq

Sabah – noyabrın 13-də Milli Məclisin növbəti iclası keçiriləcək.

VOİCEPRESS.AZ -ın məlumatına görə, iclasının gündəliyinə 7 məsələ daxildir.

Bunlar, ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, Milli Məclisin 2019-cu il üçün xərclər smetası, Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası, “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihələridir.

Eyni zamanda 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin noyabrın 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Beləliklə, 2019-cu ilin dövlət büdcəsi Milli Məclisin 5 plenar iclasında müzakirə olunacaq.

Qeyd edək ki, bu vaxta kimi büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR