DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Gələn il böyük vergi islahatı olacaq

“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət…

|
Gələn il böyük vergi islahatı olacaq

“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən müddət ərzində dövlət büdcəsinin müəyyən gəlirindən faktiki olaraq imtina edirik”.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə komitələrin birgə iclasında deyib. Nazir bildirib ki, onlar iqtisadiyyatda şəffaflaşma baş verməsini, kölgə iqtisadiyyatının tədricən azaldılmasını və bunun üçün sahibkarlar üçün stimul yaradılmasını istəyir.

“Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə, Dövlət Neft Fondundan transfert əhəmiyyətli dərəcədə artmır”.

O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyələşdirilirdi. Qeyd edib ki, indi bunlar dövlət büdcəsi ilə maliyyələşdiriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR