VOİCEPRESS xəbər verir ki, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.
Bülletenlərin 95 faizinin hesablanmasından sonra “İrəli, Respublika!” hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, “Kommunist Partiyası” – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.
“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.
Seçkilərdə seçicilərin 35,33 faizi iştirak edib.
VOİCEPRESS.AZ