Filippində güclü qasırğanın ardınca sürüşmələr baş verib.
VOİCEPRESS.AZ xəbər verir ki, 27 nəfər təbii fəlakətin qurbanı olub, daha 24 nəfərin taleyi məlum deyil, itkin düşüb.
Məlumata görə, Biliran adasının ifrastrukturu təbii fəlakətdən daha çox ziyan çəkib. Şəhərlərin birində iki məktəb dağılıb, körpülər uçulub.
Bütün ölkə üzrə 11 min adam əlverişsiz hava şəraiti ilə əlaqədar limanlarda qalıb.
VOİCEPRESS.AZ