Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Figen Yüksekdağ deputat mandatından məhrum edilib.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən bildirir ki, bu qərar məhkəmə hökmü əsasında Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.
Qeyd edək ki, daha əvvəl HDP-nin 10 millət vəkili, o cümlədən həmsədrlər Səlahəddin Demirtaş və Figen Yüksekdağ həbs olunmuşdu.
HDP-li millət vəkilləri terror təşkilatı yaratmaqda və terror təşkilatına üzv olmaqda ittiham olunurlar.
VOİCEPRESS.AZ