DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ərəb dənizində helikopter qəzaya uğradı

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.VOİCEPRESS.AZ xəbər verir ki, Hindistan Hərbi Dəniz…

|
Ərəb dənizində helikopter qəzaya uğradı

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin Tvitter səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Helikopterdə iki pilotdan başqa, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz üzrə komissiyasının 5 əməkdaşı da olub.

Helikopter havaya qalxdıqdan bir qədər sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr uzaqlıqda helikopterin qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib, 3 nəfərin taleyindən isə hələlik xəbər yoxdur. Qəzanın səbəbləri məlum deyil.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR